Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Son günlər Azərbaycanda yağan qar ölkədə nəqliyyatın, eləcə də piyadaların hərəkətinə çətinliklər yaradıb.
Ekspertlər infrastrukturun qar örtüyü səbəbilə bərbad hala düşməsini qurumların fəaliyyətsizliyi ilə əlaqələndirir.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə vətəndaşların tanımadıqları adamın odarə etdiyi, sürüşən avtomobili qəza olmasın deyə dayandırmağa çalışması ilə bağlı yayılan görüntülər müzakirələrə səbəb olub.
Paytaxt sakinləri yaşadıqları ərazinin icra nümayəndələrinin ərazidə tapılmaması, yolları, səkiləri təmizləməməsi ilə bağlı narazılıqlarını ifadə edib.
Mövzunu özünün sosial şəbəkə hesabında canlı yayımda şərh edən nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, əksər nəqliyyat vasitələrinin təkərləri istifadəyə yararsızdır: “Ölkəyə gətirilən işlənmiş təkərlərlə bağlı ciddi tədbir görmək lazımdır.
Çünki xeyli yol-nəqliyyat hadisələrinin baş verməsinin səbəbi məhz həmin təkərlərdir. Belə qarlı havalarda sürücüləri də ziyana salır.
Buzlu yollarda avtomobillərin tormoz məsafəsinin lüzumsuz yerə uzanmasına gətirib çıxarır. Asfaltla təkər bir-birilə vəhdət təşkil etmir.