Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.
"Aqrar Tədarük və Təchizat" Açıq Səhmdar Cəımiyyəti (ASC) Zaqatal Rayon İcra Hakimiyyəti başçısının Dağlı Kənd İcra Nümayəndliyini məhkəməyə verib.
Qaynarinfo-nun məlumatına görə, tərəflər arasında alqı-satqı müqaviləsiunə dair mübahisə yaranıb.
Birinci instansiya məhkəməsi ASC-nin iddiasını təmin etməyib. Şirkət qərardan apellyasiya şikayəti verib.
Şikayətə Şəki Apellyasiya Məhkəməsində baxılacaq. İş hakim Rövşən Rəfiyevin icraatındadır.
Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Dağlı kəndi üzrə icra nümayəndəsi Ömər Qarayev Qaynarinfo-ya bildirib ki, uşaq bağçaları yerli icra hakimiyyətlərinin tabeliyində olanda icra nümayəndəliyi ilə "Aqrar Tədarük və Təchizat" ASC arasında müqavilə bağlanıb.
"Müqavilə bağçalarının ərzaqla təminatı ilə bağlı olub. Lakin maliyyə vəsaiti şirkətin hesabına köçməyib.
İl başa çatandan sonra isə vəsait dövlət büdcəsinə qaytarılıb. Uşaq bağçaları artıq Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.