İcraçı direktor: ABŞ şirkətlərinin regiona marağı artır

25.09.2026

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ şirkətlərinin Azərbaycan və daha geniş Cənubi Qafqaz–Mərkəzi Asiya regionuna marağı artır.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən paneldə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ABŞ şirkətlərindən hər həftə investisiya və birgə investisiya imkanları ilə bağlı çoxsaylı sorğular daxil olur.

O bildirib ki, Azərbaycan, Mərkəzi Asiya və Qafqaz uzun müddətdir ABŞ biznesinin diqqətindədir. Geosiyasi proseslər zaman-zaman biznes istiqamətlərinə təsir göstərsə də, son dövrdə regiona maraq yenidən güclənib.

ABŞ şirkətlərinin regiona marağında ABŞ hökumətinin Cənubi Qafqaz və Mərkəzi Asiyaya yanaşmasının da təsiri var.

Natiq Baxışov ötən il ABŞ-nin təşkil etdiyi ticarət missiyası çərçivəsində Qazaxıstan, Azərbaycan və Gürcüstana səfər etdiklərini bildirib. Səfər zamanı Orta Dəhlizin praktiki fəaliyyətini yaxından müşahidə etmək və region ölkələrinin biznes üçün əməkdaşlıq imkanlarını necə inkişaf etdirdiyini görmək mümkün olub.

“Üç-beş il əvvəl ilə müqayisədə vəziyyət tamamilə fərqlidir”, - deyə o əlavə edib. 

Zeynəb Rzayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью