İcraçı direktor: Ekoloji şüurun yeni nəfəsi “SIFIR TULLANTI” layihəsinə start verdik AZƏRT…
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 14 noyabr, AZƏRTAC Bu il NARGIS Nəşriyyatı daha bir əhəmiyyətli ekoloji layihəyə start verir - “SIFIR TULLANTI”.
Bu təşəbbüs tullantıların miqdarını azaltmaq, daha şüurlu istehlak və materialların yenidən istifadəsi yolu ilə ətraf mühiti qorumağı hədəfləyir.
“SIFIR TULLANTI” layihəsi məsuliyyətli istehsal, istehlak, yenidən istifadə və resursların bərpasını özündə birləşdirir.
Bu sözləri AZƏRTAC-a eksklüziv müsahibəsində NARGIS jurnalının icraçı direktoru Müjgan Qafarzadə COP29 çərçivəsində NARGIS Pavilyonunu təqdim edərkən söyləyib.
M.Qafarzadə bildirib ki, “SIFIR TULLANTI” layihəsi çərçivəsində “Vəhşi Həyat” adlı fotosərgi təşkil olunub.
Bu sərgidə Azərbaycanda müxtəlif bölgələrdən nadir və nəsli kəsilməkdə olan heyvan növlərinin dəvət edilmiş fotoqraf Aleksey Lyokin tərəfindən çəkilmiş şəkilləri nümayiş olunur.
Layihə çərçivəsində, həmçinin təkrar emal olunmuş tullantılardan hazırlanmış mebellərin sərgisi təqdim edilib.
Tam oxu
Xəbəri oxu