İcraçı direktor: Hazırda bələdiyyə komissiyalarında qadınların say nisbəti 39 faizə yaxındır

19.12.2024

Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Hazırda bələdiyyə komissiyalarında qadınların say nisbəti 39 faizə yaxındır.

"Report" xəbər verir ki, bunu “Hüquqi Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin icraçı direktoru Tofiq Həsənov “Bələdiyyələrdə yaradılmış gender komissiyalarının işinin gücləndirilməsi” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, ilk seçkilərin yekunlarında ölkə üzrə 22 qadın bələdiyyə sədri olsa da, hazırda bu say artmaqdadır:

"Qadınların bələdiyyələrdə sayı artsa da, onların daimi əsaslarla işləmək faizi aşağıdır. Gələcəkdə bələdiyyələrdə gender komissiyaları yaradılarkən daimi əsaslarla işləyən qadınların sayı artırılmalıdır. Onların potensialını ortaya çıxartmalıyıq".

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью