Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavininə yeni vəzifə verilib.
Leysan Məmmədovla bağlı mediada vaxtaşırı məlumat yayılır. Onun adı tez-tez qalmaqallı olaylarda hallanır.
Belə xəbərlərdən biri də onun ölkədən çıxışına “stop” qoyulması haqdadır.
Ajans.az Globalinfo.az-a istinadən xəbər verir ki, Leysan Məmmədovun Gənclər və İdman Nazirliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyətində rəhbər vəzifədə çalışdığı 15 illik dövrlə bağlı cinayət işi istintaq olunur.
Mənbə bildirir ki, araşdırmalar çərçivəsində Leysan Məmmədovun və onun rəhbərliyi altında çalışmış Elmir Mehdiyevin, Cəbrayıl Bayramovun və Rövşən Rüstəmovun ölkədən çıxışlarına “stop” qoyulub.
Leysan Məmmədov 2006-cı ildə Gənclər və İdman Nazirliyinin (GİN)Tikilməkdə Olan Obyektlərin Müdiriyyətində əvvəlcə direktor müavini, 2009-cu il ildən 2021-ci ilin yayına qədər isə direktor vəzifəsində çalışıb.
Həmin dövrdə Leysan Məmmədovun rəhbərliyi altında Şəmkir, Hövsan, İsmayıllı, Şağan, Ağdaş, Göyçay, Balakən, Tovuz, İmişli, Sumqayıt, Qəbələ, Astara Olimpiya İdman Kompleksləri, Kür Avarçəkmə müəssisəsi, Səadət Sarayının restavrasiyası, Tofiq Bəhramov adına Stadionun yenidən qurulması, Qobustan İdman zalı, Şirvan, Xaçmaz, Qax, Saatlı, Göygöl , Ağcabədi, Abşeron, Neftaçala, Goranboy, Tərtər, Lənkəran, Yardımlı, Yevlax rayonlarında və Qala qəsəbəsində Olimpiya İdman Komplekslərinin tikintiləri, çoxlu sayda idman zalları, gənclər evləri, futbol meydançaları və digər idman obyektləri tikilib.