İcraçı Kredit Agentliyi BOKT ləğv olunur

16.07.2025

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

"İcraçı Kredit Agentliyi" MMC bank olmayan kredit təşkilatı (BOKT) ləğv olunur.

"APA-Economics" xəbər verir ki, bu barədə BOKT-dən bildirilib. Qeyd edilib ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, 574-cü məhəllə, ev 4 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “İcraçı Kredit Agentliyi” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 324 min manatdır.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı BOKT-lərə kapital tələbini 300 min manatdan 1 milyon manata qədər artırıb. Tələbin yerinə yetirilməsi üçün bu təşkilatlara müəyyən müddət verilmişdi. Belə görünür ki, kapital tələbini icra edə bilməyən BOKT-lər bazarı tərk etməyə üstünlük verirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью