İcraiyyə Komitəsi gələn həftə toplaşacaq tarix bilindi

29.01.2025

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

AFFA İcraiyyə Komitəsinin yeni ildə ilk iclası maraqla gözlənir. Buna səbəb mühüm əhəmiyyətli qərarların verilməsi ehtimalıdır.

“FutbolPress” xəbər verir ki, komitə gələn həftə – fevralın 4-də toplaşacaq.

İclasda iki əsas mövzuya dair qərarın qəbul olunacağı gözlənilir. Bunlar AFFA-nın futbolun inkişafı ilə bağlı yeni strategiya layihənin təsdiqi və legioner limitinin dəyişdirilməsi məsələləridir.

Kuluarlarda müzakirələrə əsaslansaq, iclas yanvarın ortalarında baş tutmalı idi. Gecikməsinə səbəb bəzi detallarda razılıqların əldə olunmaması, fikir ayrılıqlarıdır.

Gedişat qəribə və maraqlıdır…

Kamil Əhməd

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью