Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin iclası sentyabrın 20-27-si arasında nəzərdə tutulur.
Bunu Modern.az-a açıqlamasında komitənin sədri Fazil Mustafa bildirib.
"Amma komitə iclası hər halda sentyabrın 20-si 27-si arası nəzərdə tutulur.
Praktikada komitə iclası bu müddətdə keçirilir",-komitə sədri deyib.
F.Mustafa qeyd edib ki, iş planı üzərində işləyirlər: "Əlbəttə, iş planını müzakirə edib, qəbul etməliyik.
Eyni zamanda hansısa qurumlardan gələn qanun layihəsi varsa, orada əlavə və düzəlişlər mövcuddursa, ona baxacağıq.
Bunlar hamısı kompleks müzakirə edildikdən sonra qəbul olunacaq. Hələki konkret nəsə demək çətindir. Hələ iclasın vaxtı təyin olunmayıb.