İctimai fəal cinayət məsuliyyətinə cəlb olundu

08.04.2025

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İctimai fəal Anar Abdulla araşdırmaya cəlb olunub.

Gununsesi.info xəbər verir ki, o, hüquq müdafiəçisi Anar Məmmədlinin cinayət işi üzrə aparılan istintaq araşdırmalarına cəlb olunub.

A.Abdullaya qarşı Cinayət Məcəlləsinin yeddi maddəsi (qaçaqmalçılıq, qanunsuz sahibkarlıq vergidən yayınma və.s) ilə ittiham irəli sürülüb. O, həbs olunmayıb. Bakı Şəhər Baş Polis İdarəsinin qərarı ilə fəal barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə ibtidai istintaq davam edir.

Qeyd edək ki, Anar Məmmədli  bir müddət əvvəl qaçaqmalçılıq ittihamı ilə həbs edilib.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью