İctimai iaşə fəaliyyəti ilə əlaqədar nağdsız hesablaşmalara diferensial yanaşma tətbiq edi…
Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Əlavə dəyər vergisi (ƏDV) məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizindən, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.
APA-nın xəbərinə görə, bu, “Nağdsız hesablaşmalar haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Nəzərdə tutulan halda əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizi otuz min manatdan az olduqda, təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan artıq olan hesablaşmalar üzrə, əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizi əlli min manatdan çox olduqda isə təqvim ayı ərzində ümumi məbləği əlli min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.
Hazırda qüvvədə olan qanuna əsasən, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.
Qanuna dəyişiklik qəbul ediləcəyi təqdirə 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Qeyd edək ki, "Nağdsız hesablaşmalar haqqında" qanuna görə hazırda dövriyyəsindən asılı olmayaraq, bütün ƏDV ödəyiciləri, həmçinin ictimai iaşə fəaliyyəti ilə məşğul olan və 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəyən vergi ödəyiciləri təqvim ayı ərzində otuz min manata qədər nağd ödənişlər həyata keçirə bilərlər.
Sadələşdirilmiş vergi ödəyiciləri, həmçinin ƏDV ödəyicisi olmayan mənfəət və ya gəlir vergisi ödəyiciləri üçün aylıq olaraq on beş min manat nağd ödəniş limiti müəyyənləşdirilib.
Tam oxu
Xəbəri oxu