İctimai iaşə müəssisələrində sağlamlaşdırma tədbirləri davam edir

25.09.2026

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı plandankənar yoxlamalar zamanı Gəncə şəhəri və Göygöl, Samux rayonlarında fəaliyyət göstərən bir neçə ictimai iaşə müəssisəsində aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində müvafiq sağlamlaşdırma tədbirləri həyata keçirilib.

525.az-a bu barədə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, 4 ictimai iaşə müəssisəsində müəyyən edilmiş nöqsanlar müəssisə sahibləri tərəfindən aradan qaldırılıb və fəaliyyətlərinin davam etdirilməsinə icazə verilib.

Sağlamlaşdırma tədbirləri həyata keçirilən müəssisələr aşağıdakılardır:

1. Gəncə şəhəri, Ş.İ.Xətai prospektində fəaliyyət göstərən, fiziki şəxs Əlizadə Alim Mövsüm oğluna məxsus ictimai iaşə müəssisəsi;

2. Gəncə şəhəri, Ş.İ.Xətai prospekti və X.Şirvani küçəsinin kəsişməsində fəaliyyət göstərən, fiziki şəxs Həsənov Elvin Natiq oğluna məxsus çayxana;

3. Göygöl rayonu, Göygöl şəhəri, A.Kazımov küçəsi, ev 3 ünvanında fəaliyyət göstərən, fiziki şəxs İbrahimova Ruhiyə Namaz qızına məxsus çayxana;

4. Samux rayonu, Qarayeri qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Mehvalıyev Elvin Rza oğluna məxsus çayxana.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью