İctimai konsensus Asif Adil YAZIR... | Icma.az
Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Təsəvvür edin ki, evinizin pəncərəsindən bayıra baxan zaman siz sanki qonşuların davranışınlarını yox, keşməkeşli dünyamızda baş verən prosesləri müşahidə edə bilirsiniz.
Heç şübhəsiz ki, görə biləcəyiniz bu şərti mənzərə sizi qorxutmasa da, ən azından ciddi düşündürəcəkdir.
Böyük dünyamıza kiçik pəncərəmizdən baxan zaman müharibələri, münaqişələri, böyük dövlətlərin artan iştahlarını, iqtisadi böhranları, mədəniyyətlərin deqradasiyasını, klassik dəyərlər sisteminin deformasiyasını, güc amilinin artan əhəmiyyətini, dözümsüzlük mühitinin yayılmasını və digər bu kimi sosial-mədəni, habelə siyasi və iqtisadi təzahürləri görə bilirik.
Qeyd etdiyimiz amillər artıq yaşadığımız dövrün əsas xarakteristikalarına çevrilib və bu bir reallıqdır.
Dünyada müşahidə olunan bu cür mənzərələr fonunda cəmiyyətdə ictimai konsensusunun təmin olunması məsələsi gələcəyi düşünən iqtidarların strateji vəzifələrindən birinə çevrilir.
Unutmaq olmaz ki, ictimai konsensus dayanıqlı inkişafın fundamental bünövrəsidir.
Dünya ölkələrinin tarixinə müraciət etsək, biz açıq şəkildə görə bilərik ki, konkret ölkədə ictimai konsensusun pozulması dərin böhranların qapısını açır və xaosun yaşanmasına səbəb olur.
Tam oxu
Xəbəri oxu