Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İctimai maraqlar dedikdə cəmiyyətdə fərdlərin tam şəkildə mənafe və hüquqlarının qorunması, təmin olunması, şərait yaradılması və adekvat olaraq onların hüquqları ilə bağlı vaxtaşırı qanunvericilk bazasının təkmilləşdirilməsi nəzərdə tutulur.
Bütünlükdə dövlətin prioritet vəzifələrindən biri ictimai maraqların müdafiəsidir.
Azərbaycanda, xüsusilə humanitar və sosial sahədə müxtəlif proqramların qəbul edilməsi, rifahın əsas prinsip olaraq elan olunması, başlıcası sosial-iqtisadi proqramlarda, sosial inkişaf strategiyalarının qəbul edilməsinin əsasında ictimai maraqlar dayanır.
Burada o cümlədən, ən uzaq müddətə qəbul edilmiş proritet məsələlər var.
Bu məsələlərin belə elan olunmasında əsas məqsəd ictimai maraqların təmin olunmasıdır.
Qısa desək, ictimai maraqlar fərdin hüquqlarının, azadlığının, normal sosial durumunun təmin edilməsi yanaşmasıdır.
pizza sifarişi Mövzu ilə bağlı “Yeni Sabah”a danışan Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov bildirib ki, hazırda bu istiqamətdə önəmli addımlar atılır: “İctimai maraqların qorunması mühüm əhəmiyyət kəsb edir və bu istiqamətdə İctimai iştirakçılıq haqqında qanun da qəbul olunub.