İctimai nəqliyyat işçiləri yeni tətilə başladılar | Icma.az
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Almaniya paytaxtında ictimai nəqliyyatın əsas təminatçısı Berlin Nəqliyyat İdarəsi (BVG) ilə ölkənin ən böyük həmkarlar ittifaqı təşkilatlarından olan Verdi arasında davam edən əməkhaqqı danışıqları nəticəsiz qaldığına görə şəhərdə ikigünlük genişmiqyaslı tətil başlayıb.
Avtosfer.az “Tagesspiegel” qəzetinə istinadla xəbər verir ki, fevralın 20-də saat 03.00-dan başlayan tətil fevralın 22-də saat 03.00-dək davam edəcək.
Tətillə əlaqədar Berlinin avtobus, tramvay və metro sistemlərinin böyük əksəriyyəti fəaliyyətini dayandırıb.
Verdi Həmkarlar İttifaqı BVG işçiləri üçün 30 faizlik maaş artımı və birillik kollektiv saziş tələb edir.
BVG rəhbərliyi isə 17,6 faizlik maaş artımı təklif edir və müqavilənin dörd il müddətinə bağlanmasını istəyir.
Təklif olunan maaş artımını qəbul etməyən Verdi, bunu son illərdə inflyasiyanın yüksək olmasının işçilərin real gəlirlərini azaltdığından daha böyük artıma ehtiyac duyulması ilə əsaslandırıb.
Həmkarlar ittifaqı inflyasiyanın təsirindən qorunmaq üçün müqavilənin qısamüddətli olmasını istəyir.
Tam oxu
Xəbəri oxu