Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Son günlər sosial şəbəkələrdə və yerli mediada Bakıda ictimai nəqliyyatda gedişhaqqının artırılacağı ilə bağlı məlumatlar yayılır.
Məsələ ilə bağlı rəsmi açıqlama verilməsə də, gedişhaqqının 1 manat və məsafədən asılı olaraq 1 manatdan çox olacağı iddiaları da səsləndirilir.
Milli.Az xəbər verir ki, vətəndaşlar ATV-yə bildiriblər ki, ictimai nəqliyyatda gedişhaqqının artırılması onların xərclərinə ciddi təsir göstərə bilər.
"Təkcə ictimai nəqliyyata gündəlik 4-5 manat pul çıxır. Karta 10 manat pul yükləyirik, 2 günə bəs edir.
Hətta deyirlər ki, gedişhaqqını 1 manata qaldırmaq istəyirlər. Bu nə dərəcədə doğrudur?", - onlar bildirib.
Xarici ölkələrdə isə ictimai nəqliyyatla bağlı vəziyyət fərqlidir.
Məsələn, Almaniyada əməkhaqqı yüksək olduğu kimi ictimai nəqliyyatda da qiymətlər yüksəkdir.