Icma.az, Sia Az saytına istinadən bildirir. “Brutto müqaviləsi daşıyıcılarla dövlət arasında münasibətləri tənzimləyən mühüm institusional m
Bu modelin əsas mahiyyəti ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, daşıyıcıların maliyyə sabitliyinin təmin olunması və
Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib.
Onun sözlərinə görə, beynəlxalq təcrübə göstərir ki, brutto müqavilə mexanizmi bir çox ölkələrdə ictimai nəqliyyatın inkişafına müsbət təsir göstərmiş, xidmətlərin davamlılığını və şəffaflığını artırmışdır: ”Bu model çərçivəsində daşıyıcılar göstərdikləri xidmətə görə sabit ödəniş alır, gəlir riskləri isə əsasən dövlətin üzərinə düşür.
Nəticədə daşıyıcılar sərnişin sayından asılı olmadan xidmət keyfiyyətinə fokuslana bilir, dövlət isə vətəndaşların daşınma prosesinin fasiləsiz və planlı şəkildə həyata keçirilməsini təmin edir.
Azərbaycanda da brutto müqavilə mexanizminin tətbiqinə başlanılması ictimai nəqliyyat sektorunda struktur islahatlarının tərkib hissəsi kimi qiymətləndirilə bilər.
Brutto müqavilələrinin tətbiqi həm dövlət, həm də daşıyıcılar üçün qarşılıqlı fayda yaradır.
Dövlət üçün bu model sosial əhəmiyyətli nəqliyyat xidmətlərinin nəzarətdə saxlanılmasına, marşrut şəbəkəsinin optimallaşdırılmasına və xidmət keyfiyyətinin standartlaşdırılmasına imkan verir.