İctimai nəqliyyatdakı problemlər niyə həllini tapmır ? QURUMDAN AÇIQLAMA | Icma.az
Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir. Son dövrlərdə paytaxtda nəqliyyat sıxlığı ilə bağlı vətəndaşların şikayətləri artır
Sərnişinlərin əsas narazılıqları metro, avtobus və ümumilikdə ictimai nəqliyyatda müşahidə olunan sıxlıq, eləcə də mənzil başına vaxtında ça
SİA məsələyə aydınlıq gətirmək üçün Azərbaycan Dəmir Yolları (ADY) və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlayıb.
AYNA-dan verilən məlumata görə, marşrut şəbəkəsi və ictimai nəqliyyatın fəaliyyəti mütəmadi təhlil edilir, şəbəkə yenidən formalaşdırılaraq marşrutlar mərhələli qaydada müsabiqəyə çıxarılır.
Bildirilib ki, AYNA tərəfindən daşıyıcılara istismarlarında olan xətlər üzrə avtobusların yenilənməsi barədə tapşırıqlar verilir və mütəmadi nəzarət tədbirləri həyata keçirilir: “Hazırda Bakıda müntəzəm marşrut xətlərində 2300-dən çox avtobus istismar olunur.
Həmçinin dövlətin təşəbbüsünü dəstəkləyən özəl nəqliyyat şirkətləri tərəfindən ekoloji cəhətdən təmiz texnologiyalardan, yəni elektrik enerjisi və ya sıxılmış təbii qazdan istifadə edən müasir avtobusların ölkəyə gətirilməsi davam etdirilir və onların sayının 2800-ə çatdırılması hədəflənir.
Həmçinin Bakı şəhərində yeni avtobus zolaqları şəbəkəsinin tətbiqi çərçivəsində hazırda paytaxtın 40-dan küçə və prospektdə uzunluğu 110 km-dən çox xüsusi hərəkət zolağı təşkil edilib.
Bu dəyişikliklər sayəsində zolaqlar üzrə hərəkət edən avtobusların orta sürəti artıb və şəhərin bəzi ərazilərində gediş vaxtı 12-22 dəqiqəyə qədər qısalıb.
Tam oxu
Xəbəri oxu