Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir. Sosial şəbəkədə vətəndaş avtomobil satışlarında artım olacağını deyir.
Bildirir ki, 1.5 həcmli hibrid mühərriklə 1 manat sərfiyyatla rahat gedəcəyim yerə niyə 60 qəpik verib gecikmə və sıxlıq olan ictimai nəqliyyatla niyə getməliyəm ki?İctimai nəqliyyatın qiymətinin artması, amma keyfiyyətində dəyişiklik olmaması fərdi avtomobillərə meylləndirə bilərmi?
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlama verən Eldəniz Cəfərov bildirib ki, bu addımlar ictimai nəqliyyatın daha təhlükəsiz və keyfiyyətli xidmət göstərməsinə görə atılır.
Eldəniz Cəfər “Mən inanıram ki, ictimai nəqliyyatda - istər metroda, istər avtobusda keyfiyyət yüksələcək.
Elə bu dəyişikliklərin edilməsinin əsas məqsədi budur. Burda söhbət ictimai nəqliyyat fondunun yaradılmasından, daha sonra “brutto müqaviləs
Bu addımlar ona görə atılır ki, ictimai nəqliyyat daha təhlükəsiz və keyfiyyətli xidmət göstərsin.
Yəni insanlar küçələrdə qalmasın, vaxtlı-vaxtında bir nöqtədən digər nöqtəyə gedə bilsinlər.
Təbii ki, insanlar ilk növbədə yola çıxanda onlar iqtisadi vəziyyətlərini düşünərək çıxırlar.