İctimai nəqliyyatla bağlı islahatlara 150 milyon manat ayrılacaq

18.11.2024

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən hüquqi şəxslərə digər subsidiyalar üzrə 298,6 milyon manat artım nəzərdə tutulur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.

"Bu, əsasən ictimai nəqliyyatda islahatlarla bağlı 150 milyon manat subsidiya proqnozlaşdırılması, dövlət zəmanəti verilmiş kreditlərin faizinin subsidiyalaşdırılması xərclərinin 59,2 milyon manat (36,3 dəfə), Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ayrılacaq subsidiyanın 41,6 milyon (9,4 % artımla) nəzərdə tutulması ilə bağlıdır", - deyə Rəydə qeyd olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью