“İctimai nəqliyyatla yanaşı, taksi xidmətlərinin də təkmilləşdirilməsi vacibdir” EKSPERT DANIŞDI

11.11.2026

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

“Hazırda ictimai nəqliyyat sisteminin inkişafı istiqamətində bir sıra mühüm addımlar atılsa da, bu sahədə hələ də müəyyən struktur və funksional problemlərin mövcudluğu müşahidə olunur. Marşrut şəbəkələrinin tam optimallaşdırılmaması, bəzi ərazilərdə interval gecikmələri və pik saatlarda yaranan sıxlıq kimi amillər əhalinin alternativ nəqliyyat vasitələrinə, xüsusilə taksi xidmətlərinə olan tələbatını artırır”.

Bu sözləri SİA -ya açıqlamasında nəqliyyat eksperti Ərşad Hüseynov deyib.

Onun sözlərinə görə, bu tələbatın artması şəhər mobilliyi kontekstində taksi xidmətlərinin rolunu daha da aktuallaşdırır:

”Lakin qeyd etmək lazımdır ki, yalnız xidmətə olan ehtiyacın mövcudluğu kifayət etmir; bu ehtiyacın dayanıqlı və təhlükəsiz şəkildə qarşılanması üçün sistemli infrastrukturun formalaşdırılması zəruridir. Sərnişin axınının intensiv olduğu məkanlarda nəqliyyat axınının düzgün tənzimlənməsi, həm istifadəçilərin rahatlığı, həm də sürücülərin fəaliyyətinin normativ çərçivədə təşkili baxımından mühüm əhəmiyyət daşıyır.

Bu baxımdan şəhərsalma və nəqliyyat planlaşdırması çərçivəsində taksi dayanacaqlarının məqsədyönlü şəkildə yerləşdirilməsi xüsusi aktuallıq kəsb edir. Xüsusilə ticarət mərkəzləri, ali təhsil müəssisələri, xəstəxanalar, mədəniyyət obyektləri və iri nəqliyyat qovşaqları kimi ictimai cazibə nöqtələrinin yaxınlığında belə infrastrukturun yaradılması şəhər hərəkətliliyinin effektivliyini artırır. Bu yanaşma həm də qeyri-rəsmi dayanma və nizamsız sərnişin götürmə hallarının qarşısının alınmasına xidmət edir.

Təşkil olunmuş taksi dayanacaqları yalnız logistik rahatlıq yaratmır, eyni zamanda yol hərəkəti təhlükəsizliyinə də müsbət təsir göstərir. Sərnişinlərin müəyyən olunmuş nöqtələrdən xidmət alması nəqliyyat axınında xaotik vəziyyətlərin azalmasına, sürücülərin isə qaydalara uyğun fəaliyyət göstərməsinə şərait yaradır. Nəticə etibarilə, bu, inzibati cərimələrin azalmasına və xidmət keyfiyyətinin yüksəlməsinə gətirib çıxarır.

Digər tərəfdən, şəhər infrastrukturunun məhdudluğu və sıx urbanizasiya şəraiti bütün ərazilərdə geniş miqyaslı taksi dayanacaqlarının yaradılmasını çətinləşdirir. Buna görə də şəhər planlaşdırılmasında prioritet yanaşma tətbiq edilməli, ən çox tələbat olan zonalar elmi analizlər və statistik göstəricilər əsasında müəyyən edilməlidir. Bu, resursların daha səmərəli bölüşdürülməsinə imkan yaradır.

İctimai nəqliyyat sisteminin modernləşdirilməsi ilə paralel şəkildə taksi xidmətlərinin də institusional və infrastruktur baxımından təkmilləşdirilməsi şəhər nəqliyyat sisteminin dayanıqlılığını artıran əsas amillərdən biridir. Bu inteqrativ yanaşma həm şəhər mobilliyini optimallaşdırır, həm də əhalinin nəqliyyat ehtiyaclarının daha çevik və təhlükəsiz şəkildə ödənilməsinə şərait yaradır”.

Müəllif: Günay Hacıyeva

WhatsApp-da Səs Media Qrupu kanalını izləyin

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər xəbərlər

Sosial

Kirayə qiymətləri əhalinin gəlirləri ilə nə dərəcədə uzlaşır? - ARAŞDIRMA

Sosial

"İctimai yerlərdə təhqir və fiziki zorakılıq uşaqların psixologiyasında dərin travmalar yaradır" - PSİXOLOQ

Sosial

Sabah Azərbaycanda 16 dərəcə isti olacaq

Sosial

Onkoloji xəstələr və əlilliyi olan şəxslər üçün maliyyə təminatının artırılması təklif olunur

Sosial

TikTok moderasiya effektivliyini artırır: 2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib

Sosial

Sürücülük vəsiqəsini imtahansız almağın cəzası nədir? - HÜQUQŞÜNAS DANIŞDI

Sosial

DSMF: 10 ayda 123 mindən çox şəxsə proaktiv qaydada sosial müavinət təyin olunub

Sosial

İdmanın beyin fəaliyyətinə və emosional tarazlığa təsiri

Sosial

Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb

Sosial

Şuşanın bulaqları: Daş yaddaşın içində axan həyat - KÖŞƏ

Sosial

Bakı-Sumqayıt yolundakı güclü tıxacın səbəbi AÇIQLANDI

Sosial

Texnologiyaya hisslər vasitəsilə daxil olmaq...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью