İctimai TV dəhşətli təyyarə qəzası ilə əlaqədar proqramında dəyişiklik etdi Yeni Çağ Media

25.12.2024

Icma.az bildirir, Yenicag portalına istinadən.

Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar İctimai Televiziya və Radio Yayımları Şirkəti efir proqramında dərhal dəyişiklik edilib, musiqi-əyləncə məzmunlu verilişlər efirdən çıxarılıb:

“Baş verən bu dəhşətli qəza nəticəsində həlak olan şəxslərə bir daha Allahdan rəhmət diləyir, ailələrinə və doğmalarına dərin hüznlə başsağlığı verir, yaralılara şəfa arzu edirik!”

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью