İctimai TV yə baş direktor seçimi üçün sənəd qəbulu elan olunub

23.04.2026

Azvision portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu barədə Audiovizual Şuradan məlumat verilib. Bildirilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsini tutmaq istəyən namizədlər sənədlərini 27 aprel saat 9.00-dan 8 may saat 18.00-dək Azərbaycan Respublikası Audiovizual Şurasına (ünvan: Bakı şəhəri, A.M. Şərifzadə küçəsi 315) təqdim etməlidirlər.
Qeyd olunamlıdır ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunu sənədlərini təqdim etmiş namizədlər arasından səsvermə yolu ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurası seçir.
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью