Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün ictimai xadim Anar Məmmədxanovun anım günüdür. Onun vəfatından 14 il ötür.
"Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı, Anar Məmmədxanov 1970-ci il iyulun 20-də Bakıda doğulub.
Paytaxtda 160 saylı orta məktəbi bitirib. Daha sonra 1987-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olub. 1988-ci ildə məşhur "Bakılı oğlanlar" komandasını yaradıb, 1991-ci ildə Bakı Şən və Hazırcavablar Klubunun prezidenti olub.
Anar Məmmədxanov o dövrdə Azərbaycanın ən gənc deputatı olub.
O, üç dəfə - 1995-ci ildə 19 saylı I Suraxanı dairəsindən, 2000 və 2005-ci ildə müstəqil namizəd kimi Milli Məclisə deputat seçilib.
1992-ci ildə ŞHK Ali Liqasının çempionu, 1993-cü il ŞHK Ali Liqasının finalçısı, ŞHK Yay Kubokunun sahibi (1995), XX əsrin on ən yaxşı komandasının turnirinin çempionu (2000) olub.
O həmdə Avrasiya Televiziya və Radio Akademiyasının akademiki olub.
Anar Məmmədxanov 2011-ci il aprelin 23-də ürək tutmasından vəfat edib.
Onun bir oğlu və iki qızı qalıb.