İctimai yerdə futbol oynayan uşaqların valideynləri cərimələnb

22.09.2025

Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İtaliyanın Murano adasında 12-13 yaşlı 14 uşaq ictimai ərazidə - mərkəzi meydanda futbol oynadıqları "cəzalandırılıblar".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ərazidəki bir qrup sakin uşaqların onların istirahət hüquqlarını pozamasını  əsas gətirib polisə şikayət edib: "Biz uşaqların səs-küyündən rahat ola bilmirik...".

Məlumata görə, şikayətdən sonra polis araşdırma aparıb və futbol oynayan uşaqların şəxsiyyəti dəqiqləşdirilib: "Bundan sonra 14 uşaq saxlanılıb, onların hər birinin valideynləri 50 avro cərimələndikdən sonra buraxılıblar"

Məlumata görə, bu qərar şəhərdə mübahisələrə səbəb olub.

Uşaqlardan birinin atası Antonio Trampus polisin qərarını qəbuledilməz sayıb: "Biz uşaqlarımızın evə göndərəcəklərini gözləyirdik. Bunun əvəzinə, bizə cərimə yazırblar. Mə bu qəraran şikayət verəcəyəm..."

Polis isə ictiami yerlərdə kütləvi oyunların rəsmi icazə olmadan keçirilməsinin qadağan olunduğunu xatırladıb və digər sakinlərin hüquqlarını qarşı tərəfə xatırlatmaqla, qərarına haqq qazandırıb.

Firudin Səfərli
MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью