İctimai yerlərdə “WiFi”lara qoşulanlara XƏBƏRDARLIQ

04.11.2024

Icma.az bildirir, Gununsesi portalına istinadən.

İcimai yerlərdə “Wi-Fi”ya qoşularkən ehtiyatlı olun… Kiberdələduzların tələsinə düşə bilərsiniz…

Gununsesi.info xəbər verir ki, mütəxəssislər deyir ki, ictimai yerlərdə ölkədə fəaliyyət göstərən provayderlərə məxsus olmayan “Wi-Fi”lardan istifadə artıb. Vətəndaşlar pulsuz olduğu üçün bu internetlərdən istifadə edirlər, lakin baş verə biləcək təhlükələrdən xəbərsizdirlər

İKT üzrə mütəxəssis Əmrah Mövsümzadənin sözlərinə görə, kiberdələduzlar saxta “Wi-Fi” şəbəkələri düzəldib vətəndaşların məlumatlarını ələ keçirə bilirlər

Mütəxəssislər kiberdələduzların qurbanına çevrilməmək üçün vətəndaşlardan açıq “Wi-Fi” şəbəkələrinə qoşulduqları zaman diqqətli olmalarını, əmin olmadıqları şəbəkələrdən istifadə etməməyi tövsiyə edir. Digər təhlükəsizlik tədbirlərindən biri isı bu tip “Wi-Fi” şəbəkələrinə qoşularkən xüsusi VPN istifadə etməkdir.

VPN internet trafikini xüsusi alqoritmlərlə şifrələyərək dələduzlarla aranızda sədd rolunu oynayır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью