İdarə rəhbəri işdən çıxdı Yeni təyinat

23.05.2025

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsində rəhbər dəyişikliyi olub.

APA-nın əldə etdiyi məlumata görə, idarəyə rəhbərlik Tərxan Tahirliyə həvalə edilib.

Qeyd edək ki, bir neçə il əvvəl də Tərxan Tahirli Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin müdiri kimi fəaliyyət göstərib.

Digər bir məlumata əsasən, Fariz Xəlilli öz ərizəsi ilə sözügedən vəzifədən ayrılıb.

Hər iki faktı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti təsdiqləyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью