İdarə rəisi: Qəsdən adam öldürmə cinayətləri azalıb

18.06.2025

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Qəsdən adam öldürmə cinayətlərində ötən illərə nisbətən azalma müşahidə olunur

APA xəbər verir ki, bunu Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Fazil Həsənəliyev sosial şəbəkədə canlı yayımda bildirib.

"Qəsdən adam öldürmə cinayətləri daim olub. Sadəcə, bu gün internet resurslarında daha çox işıqlandırılması səbəbilə belə hadisələr zorakılıq artırmış kimi görüntü yaradır. Lakin bu, belə deyil. Məlumat üçün bildirim ki, illər üzrə müqayisə etsək, qəsdən adam öldürmə cinayətlərində azalmanı müşahidə edərik. Məsələn, 2024-cü ildə bu say 144 olub. Əvvəlki illərdə isə bu say 160-200 arası təşkil edib. Bu ilin birinci rübündə əvvəlki illərdən açılmamış, qapalı qalmış cinayət də olmayıb".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью