İdarə üçün Xankəndidə yeni bina tikiləcək

02.09.2025

Icma.az, Marja.az saytına istinadən bildirir.

Xankəndidə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin yerləşəcəyi ərazi məlum olub.

İdarənin binası Xankəndidə sentyabrın 2-də söküntüsü başlanılan qondarma rejimin "Xarici İşlər Nazirliyi"nin yerində inşa olunacaq.

Müasir memarlıq üslubunda yeni üçmərtəbəli inzibati binanın memarlıq-konseptual həlli və texniki göstəriciləri Qarabağın strateji inkişaf prioritetlərinə uyğun şəkildə hazırlanıb.

Baş İdarənin binasının 2027-ci ilin əvvəlində istismara verilməsi nəzərdə tutulur.

© "Report" 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью