Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Baş verən müxtəlif proseslərə, habelə bəzilərinin siyasi davranış və ritorikasının əsas məzmununa diqqət yetirən zaman elə bir təsəvvür yaranır ki, onların Prezident İlham Əliyev tərəfindən dəfələrlə səsləndirilmiş “yeni reallıq” haqqında xəbərləri belə yoxdur və ya ümumiyyətlə, fərqli bir dünyada yaşayırlar.
“Yeni reallıq” əsla ancaq ərazi bütövlüyünün bərpası demək deyil.
Ərazi bütövlüyün bərpası ilk növbədə tarixi ədalətin bərqərar olunması deməkdir.
Dövlət başçısının ritorikasında rastlaşdığımız “yeni reallıq” isə Azərbaycan xalqının tarixi Qələbəsindən sonra bütün regionda, eləcə də dövlətin daxilində böyük mənada yeni münasibətlər sisteminin formalaşması deməkdir.
İnkişaf prosesində keyfiyyət etibarı ilə yeni mərhələnin yaşanması isə müvafiq islahatları qaçılmaz edir.
Əslində, Prezidentin şəxsi təşəbbüsləri sayəsində dövlətimiz çoxdandır ki, islahatlar dövrünü yaşamaqdadır.
Qeyd edək ki, burada “Prezidentin şəxsi təşəbbüsü” ifadəsindən istifadə olunması təsadüfi deyil.