Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununa görə, qanunun dili aydın olmalıdı
Yəni hər kəs qanunu eyni cür başa düşməlidir”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Mill
Millət vəkili bildirib: “Biz, Torpaq Məcəlləsinin 9-cu, Balıqçılıq haqqında qanunun 13-cü maddəsinə dəyişiklik edirik.
Biz, əslində aydın formada yazılmış bir normanı qeyri-müəyyən edirik. Əvvəlki variantda necə idi?
“Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir”.
Yəni aydın formada yazılıb ki, bunun kateqoriyasını dəyişmək olmaz. İndi biz qanunda nə yazırıq?
“Akvakultura təsərrüfatlarının istifadəsində olan torpaqların kateqoriyasının dəyişdirilməsi tələb olunmur”.
Bunu kim necə istəyir, o cür də başa düşə bilər. “Tələb olunmur” nə deməkdir? Yəni burada yazılmışdı ki, dəyişmək olmaz, yəni olmaz.