İdarəetmədən çıxan AzSamand qəzaya səbəb oldu: Xəsarət alan var

12.04.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Binəqədi rayonu, Ziya Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru Rüstəm Əhmədli Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən yol-nəqliyyat hadisəsində bir nəfər xəsarət alıb:

"Hadisə Ziya Bünyadov prospektində, saat 00:21-də baş verib. Sürücü Firudin Pərviz oğlu Novruzov 77-SR-657 dövlət nömrə nişanlı "AzSamand" markalı avtomobilin idarəetməsini itirərək 99-OT-778 dövlət nömrə nişanlı KIA markalı avtomobillə toqquşub. Baş verən hadisə nəticəsində "AzSamand" markalı avtomobildə olan sərnişin Elçin Ağabala oğlu Hacıyev xəsarət alıb".

Aygün Mirakif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью