İdarəetmədən çıxan “Kamaz” evin hasarını uçurdu FOTO

01.03.2025

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Abşeron rayonunda ağır yol qəzası baş verib.

Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə Məmmədli qəsəbəsində qeydə alınıb.

Belə ki, ağır yük avtomobilinin sürücüsü qəsəbənin Hüseyn Rəhmanov küçəsindəki döngədə idarəetməni itirərək nəqliyyat vasitəsini şəxsi evlərdən birinin hasarına çırpıb.

Nəticədə evin hasarı uçub, avtomobilə ciddi ziyan dəyib.

Sürücü isə hadisə yerindən uzaqlaşıb.

Fakt araşdırılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью