İdarəetmədən çıxan “Mercedes” bordürə dəyərək aşdı VİDEO

26.12.2024

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Naxçıvan şəhərində yol qəzası baş verib.

Avtosfer.az-ın məlumatına görə, hadisə dekabrın 26-da gecə saat 01:00 radələrində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mercedes” markalı maşın idarəetmədən çıxaraq qəzaya uğrayıb. İddialara əsasən, qəzaya səbəb yüksək sürət həddi olub. Nəticədə önündəki maşını vurmamaq üçün sola manevr edən sürücü bordürə dəyib. Zərbənin təsirindən maşın aşıb. Hadisə zamanı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır. 

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью