İdarəetmədən çıxan “Mercedes” su kanalına düşdü VİDEO

24.07.2026

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ucar rayonunda yol-nəqliyyat hdisəsi qeydə alınıb.

Avtosfer.az xəbər verir ki, hadisə iyulun 23-də axşam saatlarında rayonun beton zavodu adlanan ərazidə baş verib.

Belə ki, hərəkətdə olan 51-BH-880 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq su kanalına düşüb.

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə maddi ziyan dəyib.

Qəza yerinə polis əməkdaşları cəlb olunub. Nəqliyyat vasitəsi su kanalından çıxarılaraq evakuator vasitəsilə hadisə yerindən kənarlaşdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью