İdarəetmədən çıxan minik avtomobili binanın girişinə çırpıldı VİDEO

17.04.2025

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

İdarəetmədən çıxan avtomobil binanın girişinə çırpılıb. Avtosfer.az xəbər verir ki, Türkiyənin Batman şəhərində baş verən hadisənin görüntüləri sosial şəbəkədə paylaşılıb. Göy rəngli avtomobil yüksək sürətlə binanın giriş hisəsinə çırpılıb.

Videoda bir neçə saniyə əvvəl isə həmin yerdə bir şəxsin dayandığı və bu qəzanın iştirakçısına çevrilməməsi də əks olunub.

Yerli KİV-də yayılan ilkin məlumata görə, qəzaya 72-ABR-108 dövlət nömrə nişanlı avtomobilin sürücüsünün sükan idarəetməsini itirməsi səbəb olub.  Ağır qəzadan yaralı vəziyyətdə qurtulan şəxs xəstəxanaya aparılıb.

Sözügedən hadisənin videosunu təqdim edirik:

Namiq Musayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью