İdarəetmədən çıxan “VAZ” bordürə çırpılıb su kanalına düşdü VİDEO

25.11.2024

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Şəmkir rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, hadisə noyabrın 24-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 57-CJ-416 dövlət nömrə nişanlı “VAZ-2115” markalı avtomobil aşıb. Qəzaya səbəb sürücünün anidən idarəetməni itirməsi olub. Nəticədə yoldan çıxan maşın bordürə çırpılıb və  su kanalına düşüb. Hadisə zamanı sürücü xəsarət almasa da, nəqliyyat vasitəsinə və yoldan keçən su borularına maddi ziyan dəyib.

Qeyd edək ki, faktla bağlı araşdırma davam edir.

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью