Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Masallı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza oktyabrın 7-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 42-CE-287 dövlət nömrə nişanlı “VAZ-2106” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb. Şahidlərin iddiasına əsasən, qəzaya səbıb sürücünün qəfil idarəetməni itirməsi olub. Hadisə nəticəsində avtomobil yararsız vəziyyətə düşüb. xoşbəxtlikdən sürücü xəsarət almayıb.
Qeyd edək ki, hadisə yerinə polis əməkdaşları cəlb olunub. Qəzalı maşın evakuator vasitəsilə ərazidən kənarlaşdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Nərmin