Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakıda baş verən yol nəqliyyat hadisəsinin videosu anbaan kameraya qeyd olunub. Avtosfer.az xəbər verir ki, hadisə fevralın 22-də, paytaxtın Heydər Əliyev prospektində baş verib.
Sürücü hava şəraitini nəzərə almayaraq yüksək sürətlə hərəkət edib. Bu zaman avtomobil idarəetmədən çıxaraq ayırıcı zolağın üzərindəki işıq dirəyinə çırpılıb, sonra isə əks istiqamətə keçib. Xoşbəxtlikdən əks yoldan gələn avtomobillər sağ zolaqlarla hərəkət etdiyi üçün zəncirvari qəza baş verməyib.
Fərid