İddia: İran mediasında Tramp ailəsini hədəf alan video dərc edildi

28.07.2026

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İran mediasında ABŞ Prezidenti Donald Trampın ailəsini hədəf aldığı iddia edilən video yayılıb.

Turkustan.az xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusuna yaxınlığı ilə tanınan Tasnim xəbər agentliyinin Telegram kanalında yayımlanan videoda ABŞ-ın birinci xanımı Melaniya Trampın gündəlik həyatı ilə bağlı olduğu iddia edilən məlumatlar yer alıb.

Videoda Melaniya Trampın tez-tez ziyarət etdiyi və alış-veriş etdiyi iddia olunan məkanlar göstərilir.

Məlumata görə, videonun sonunda Donald Trampın oğlu Barron Trampa ünvanlandığı iddia edilən təhdid xarakterli mesaj da yer alıb. Bildirilir ki, görüntülərdə "Qoy bizi gözləsin" ifadəsi işlədilib.

AYtən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью