İDDİA: Netanyahu Trampın bu tələbini rədd edəcək

27.07.2026

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

İsrail mediasının yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Trampla Vaşinqtonda görüşəcək İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ administrasiyasının İsrail ordusunun Suriyanın cənubu, Livan və Qəzza zolağında nəzarətdə saxladığı ərazilərdən geri çəkilməsi tələbinə qarşı çıxacaq.

Turkustan.az xəbər verir ki, İsrailin 13-cü Kanal televiziyasının məlumatına əsasən, Netanyahunun ABŞ səfəri ərəfəsində keçirilən həftəlik Nazirlər Kabinetinin iclasında Vaşinqtonun bu tələbi müzakirə olunub.

Məlumata görə, Netanyahu kabinet üzvlərinə "Mən buna qəti şəkildə qarşı çıxacağam və onlara 'yox' deyəcəyəm" ifadəsini işlədib. Xəbərdə həmçinin bildirilir ki, Tel-Əviv Qəzza zolağına Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (ISF) yerləşdirilməsinə razılıq versə də, Tramp administrasiyası İsrail ordusunun həmin ərazilərdən geri çəkilməsində israrlıdır.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью