Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
“Şimali Koreya hərbçilərinin Kurskda olması təsdiqlənərsə, ABŞ müttəfiqləri ilə birgə Rusiyaya cavab verəcək”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.
“Mən güman edirəm ki, koordinasiya edilmiş siyasi qərarlar olacaq”, – deyə o bildirib.
Sallivan həmçinin bu məsələdə Yaponiya və Cənubi Koreya ilə də birgə hərəkət ediləcəyini vurğulayıb.
Qeyd edək ki, bundan öncə Şimali Koreyadan 10 mindən çox hərbçinin Ukrayna ilə döyüşmək Rusiyaya gətirildiyinə dair məlumat yayılmışdı.
Əliyar Xəlil
Globalinfo.az