İddiaçılar turnirinin iştirakçısı Avropa çempionatında

20.02.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Martın 15-26-da Rumıniyada - Eforie Nordda keçiriləcək şahmat üzrə Avropa çempionatının iştirakçılarının siyahısına Nicat Abasov da daxil olub.

İdman.biz xəbər verir ki, Torontoda keçirilən İddiaçılar turnirində mübarizə aparan azərbaycanlı qrossmeyster yenidən iddiaçıların yarışına vəsiqə qazanmaq niyyətindədir.

Avropa çempionatda həmçinin Aydın Süleymanlı, Məhəmməd Muradlı, Əhməd Əhmədzadə, Read Səmədov, Vüqar Manafov, Şiroğlan Talıbov, Xaqan Əhməd, Elmar Atakişiyev, Şahin Vəliyev, Süleyman Süleymanlı və Ümid Aslanov da iştirak edəcəklər.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью