İdeal kişi belə olmalıdır Hadisə (FOTO)

13.12.2024

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Esas Oğlan" serialındakı cəsur səhnələri ilə adından söz etdirən məşhur müğənni Hadisə açıqlamaları ilə diqqət çəkib. 

"Unikal" xəbər verir ki, baş rol aldığı serialın rejissoru ilə sevgili olan müğənni Hadisə "İdeal kişi" necə olmalıdır sualını cavablandırıb. 

Yaraşığın heç də önəmli olmadığını vurğulayan Hadisə: "Yaraşıqlı olmaq vacib deyil. Əgər filmə baxdıqdan sonra o insanla film haqqında söhbət edə bilmirsinizsə, bu, münasibət deyil. O, hər mənada sadiq olmalıdır. Münasibətdə olduğum adamın gülməli olması hər ikimiz üçün böyük bir ilham qaynağıdır, çünki o, öz məsuliyyətinin də fərqində olmalıdır", - deyib. 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью