“İdeal” mağazalar şəbəkəsinin keşmiş sahibi həbsdən buraxıldı

16.07.2025

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

"İdeal" (indiki "Adore" - red.) mağazalar şəbəkəsinin mənimsəmə ittihamı ilə məhkum edilmiş sahibi İlqar İsmayılov vaxtından əvvəl azadlığa buraxılıb.

Yenisabah.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi belə qərar qəbul edib.

Məhkəmə məhkumun 6 illik həbs cəzasının yarıdan çoxunu çəkməsini, cəzaçəkmə müəssisəsinin müsbət rəyini əsas götürüb. pizza mizza

Hakim İbrahim İbrahimli İlqar İsmayılovun qalan cəzasının şərti hesab edilməsinə qərar verib. O, saxlanıldığı həbsxanadan azadlığa buraxılıb.

İ.İsmayılov 2021-ci ilin aprelində həbs edilmişdi.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью