İdeal sevgiliniz necə olmalıdır?

30.08.2026

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Astrologiyaya görə, insanın hansı tip romantik partnyora daha tez cəlb olunduğunu doğum xəritəsindəki 5-ci ev müəyyən edir.
Bizim.Media xəbər verir ki, 5-ci evin hansı bürcdə yerləşməsindən asılı olaraq ideal sevgilinin xarakteri fərqli olur.
Qoç, Şir və Oxatan bürclərində 5-ci evə sahib olanlar ehtiraslı, cəsarətli və təşəbbüskar partnyorlara üstünlük verirlər. Buğa, Qız və Oğlaq üçün sakit, səbirli və etibarlı insanlar daha cəlbedicidir.
 

Əkizlər, Tərəzi və Dolça bürclərində 5-ci ev olanlar ağıllı, zarafatcıl və ünsiyyətcil partnyorlara, Xərçəng, Əqrəb və Balıqlar isə emosional, romantik və sirli insanlara meylli sayılır.


Doğum xəritəsində 5-ci evdə Venera varsa, xarici gözəllik və cazibə, Mars varsa ehtiras və seksual enerji, Merkuri varsa zəka və natiqlik ön plana çıxır. Ay emosional və sakit partnyora, Saturn ciddi və təmkinli insana, Neptun sirli və romantik, Pluton isə güclü xarizmaya malik partnyora meyli göstərir.
Astrologiyada 5-ci ev daha çox insanın romantik münasibətlərdə cəlb olunduğu tipajı, 7-ci ev isə nikah və uzunmüddətli tərəfdaşlığı xarakterizə edir.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью