İdealın Odərləri, Odərlərin idealı Qan Turalı yazır

04.11.2026

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bəzi müəlliflər “İdeal” romanının çap olunduğu illərdə  başlayan Xalq hərəkatı ilə eyniləşdirir, romanı az qala Xalq hərəkatının hərəkətverici qüvvəsi kimi qələmə verirdi. Bütün bunlar gerçəkçi şərh deyil, hətta bir az zorakı şərhdir. Xalqın bu əsərdən bir elə də xəbəri yox idi. Söz yox ki, milli şüurun oyanışında “Nəsimi” lap elə “Tütək səsi” filmləri mühüm rol oynamışdı. Nəsiminin azadlıq idealı, “Tütək səsi”ndəki o “Ruhani” havacatı...  

Ancaq “İdeal” romanı insanlara yad idi. İnsanlar onu anlaya bilmədi, qiymətləndirə bilmədi. Dəqiq olan bir şey var. Xalqımızın yenidən mənəvi yüksəlişə keçdiyi, milli oyanışın pik həddə çatdığı və tezliklə milli dövlətin qurulduğu bir dövrün ruhu üçün “İdeal” romanı tamamilə uyğun idi. İsa müəllimin öz sözləri ilə desək, zaman o zaman idi ki, “İdeal” da ideal idi... Mirzə demişkən, “İdeal”ı zəmanə özü yaratdı, təbiət özü yaratdı...

İsa müəllimlə bir dəfə həmsöhbət olmuşam. Özü də altı saatdan çoz davam edib bu söhbət. Bu şəksiz ki, ömrə yazılan günlərdən biri idi. Mənim üçün İsa müəllimin böyük həm də çox böyük bir yazıçı idi. Hər şeyi də danşdıq. İsa müəllimin bir povestinin adını çəkdim: “Bizim qızlar” povestinin. 1953-cü ildə çap edlən bir povest. Bu kitabn nəşridir, deyəsən ondan qabaq “Azrbaycan jurnalında çıxıb, İsa müəllimin 24-25 yaşı olanda...  İsa müəllim orda əsəbləşdi. Dedi bilmirəm, hardan yadınızda qalıb bu əsər... İsa müəllim bu əsəri unutmaq istəyirdi. Unutmuşdu bəlkə də... Ancaq mən gəlib o əsəri onun yadına salmışdım. İsa müəllimin unutmaq istəmədiyi bir şey var idi. O da Odərlər idi. Mən istəyirdim hər dəfə bu söhbətdən yan keçəm. Ancaq İsa müəllim qoymurdu, imkan vermirdi. Tarixçiləri yamanlayırdı, ədəbiyyatşünasları, filosofları... Deyirdi, Odəri araşdırmırlar, öyrənmirlər... Halbuki, ortadada öyrəniləsi bir şey yox idi... Hər şey bir xəyal məhsulu idi, bir fantaziya idi, şairanə desək ümid şəklində, arzu şəklində sərab idi, miraj idi, ilğım idi...  

Hər yazıçının bu cür konsepsiya düzəltmək haqqı var. Bu cür dünya... Modern dillə desək ekosistem... Ancaq ona inanmaq başqa şeydir. İnsan özü öz yaratdığı şeyə inanmaz... Hərçənd... İnsan tez-tez öz yalanlarına inanır, özü öz səslərinə inanır. Şair demişkən, məni söz sərxoş edə bilmir artır...  Bu müdriklik dərəcəsidir, bu yetkinliyin işarəsidir, nişanəsidir...  

“Odərlər 2” omanını oxuyanda aşkar şəkildə hiss edirsən ki, Şəmil Sadiq Odərə inanmır, rəğbət göstərir, bəlkə lap pərəstiş də edir. Bu ideyanın gerçək olması üçün bəlkə çox şeyini də verərdi, ancaq inanmır. İnam başqa şeydir. Orta Əsrlərin sxolastik fəlsəfəsinin əsas müzakirəsi də bu idi, inam idrakı doğurur, yoxsa idrak inamı? Bu məsələyə girməyək. Bir şey isə dəqiqdir. İnam incəsənətə ziddir. İncəsənət insanı bütün ideyalara sərbəst və bəzən hətta lağla yanaşmağı bacarmalıdır.

Şəmil Sadiqin romanının məzmununu yazıb ilkin oxu zövqünü korlamaq istəmirəm. “Spoyler”  dövrümüzün böyük günahlarından sayılır. Günaha batmağa ehtiyac yoxdur. Əsərdə bir çox maraqlı cəhələr var. Hər şeydən qabaq müəllif ortaq türk ruhunu tapır, ayrı-ayrı türk xalqlarının simasında onu bütövləşdirməyə çalışır, ucaltmağa çalışır. Bu xalqların dinləri başqa olsa belə millətləri eynidir, irqləri eynidir. Bu bütövlük rəmzidir, özümləşmək rəmzidir.

Bayaq “İdeal” romanının meydana çıxdığı dövrün ideallığından bəhs elədim. Odərlər romanında da belə bir ideal vaxt var, Şuşanın işğaldan azad edilməsi. Xalq hərəkatı Şuşada “Topxana” meşəsinin qırılması ilə başlamışdı, Odərlər romanı isə Şuşanın azadlığı ilə... Orda Sultan Əmirli qədim sirri faş edir özü üçün. Burda isə Şuşadakı kahada sirli kitab tapılır. Bu da sizə muğannavari bir paradoks və bəlkə də sirr... O Qazaxda, bu Şuşada... Vaqifanə bir işarə...

Romanın öz dünyası var, öz aləmi var. Bir növ Marvel dünyası kimidir, ya da elə “Taxt-tac oyunları” dünyası kimi... Buna görə də ona tənqidi yanaşmaq artıqdır, eləcə də rasional yanaşmaq. Əsas inamdır, oxucunun ona inamı... Oxucu bu dünyaya inanır, bu aləmə inanır. Burda bütov bir dünya qurulub, sirli-sehrli bir dünya... Bəzən bu dünya bizi özünə inandırmağa vadar edir, bəzən isə müəllif... Hərçənd, burda müəllifə gərək yoxdur. Hər şey təbiidir, inam da, əhd də, türklük də... Sadəcə, xüsusən əsərin ilk səhifələrində akademizm artıqlıq edir. Sonrakı səhifələrdə hər şey rəvan gedir. Lap elə Nihal Atsızın “Bozqurdlar” romanı kimi... Hekayə su kimi axır...

Hərçənd bəzən ədəbi zəkanı, lap elə ilhamı açmaq lazımdır, buraxmaq və onan inanmaq lazımdır. İlham doğma at kimidir, hara getsə də qayıdacaq öz obasına, öz adasına, öz tövləsinə... Müəllifin  filoloq zəkası yazıçı zəkasını bir növ buxovlamaq, hörükləmək istəyir. Obrazları süjetə, axara, öz konsepsiyasının daxilinə salmaq istəyir.  Bir növ rəndələmək... Ancaq obrazların öz ömürləri, öz taleləri vardır...  Onlar bu ömrü, bu taleyi özləri yaşamalıdır...

Şəmil Sadiq İsa müəllimin ideallarını, Odərini yaşadır. Və qədim sirr öz mübhəmliyini qorumaqda davam edir...

Qan Turalı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью