Icma.az, Newscenter.az saytına istinadən bildirir. Bir dostumuz var, deyir: “Babam o vaxtlar qonşu ölkə ilə bağlı deyirdi: ‘Bala, onlar hama
Allah o babanı rəhmət eləsin, hədəfi çox düzgün qiymətləndirib.Hamam fitələri rolunu oynayanlar meydana düşüb.
Layiqincə vəzifələrini yerinə yetirirlər, lakin bir şeyi unudurlar ki, onlar əllərdən əllərə dəyişənlərdir.
Sözüm onda yox…Ölkə başçısının son müsahibəsi çoxlarını narahat etdi və etməliydi də.
Çünki psixologiyada belə bir nümunə var: hamıya bəlli olan qorxaqlar və zəiflər həmişə özlərindən öndə, özlərindən ağıllı fikir səsləndirənləri qəbul etmir, dərhal onlara qarşı hücum taktikası seçirlər.
Bu, instinkt olaraq onlarda daxili mənəviyyatsızlığın əxz etdiyi məcburi bir vərdişdir.Ağıllı adamlar həmişə müdrik fikirlərdən nəticə çıxarır və daha müdrik olmaq üçün o fikirlərin sahibini özlərinə düşmən yox, sağlam rəqib hesab edirlər.
Bu yanaşma ilə yaşadıqları mühiti, məkanı və həyat tərzlərini inkişaf etdirmək üçün yeniliklərə can atırlar.
Yəni, çalışırlar ki, “biz daha da yaxşı olmaq üçün nə edə bilərik?” deyə yaşadıqları dövlət üçün araşdırmalar aparsınlar və qərəzsiz təkliflər versinlər.Amma biz nə gördük?