İdlibdə partlayış baş verib Ölənlər var

24.07.2025

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Suriyanın İdlib vilayətində partlayış baş verib. İdlib vilayətinin Maarat-Misrin yaşayış məntəqəsi yaxınlığındakı sursat anbarında baş verən partlayış nəticəsində 7 nəfər ölüb, 100-ə yaxın insan yaralanıb.

“Report” “Syria TV”yə istinadən xəbər verir ki, bu barədə İdlib vilayətinin səhiyyə departamentinin direktoru Samer Ərəbi məlumat verib.

Onun sözlərinə görə, partlayış çadır şəhərciklərinin yanında olub və bu, çoxlu sayda insan tələfatına səbəb olub.

Mülki Müdafiə Xidmətindən bildirilib ki, partlayış nəticəsində tikiş fabrikində çalışan 6 texniki mütəxəssis yaralanıb.

Partlayışın səbəbləri araşdırılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью