Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Piylənmə immun sisteminin ağciyər xərçəngi ilə mübarizə qabiliyyətini zəiflədə bilər. Lakin müntəzəm fiziki fəaliyyət bu təsiri qismən azalda bilər.
Redaktor.az xəbər verir ki, “Annals of Surgery” jurnalında dərc olunan araşdırmada alimlər fiziki aktivliyin kiçik hüceyrəli olmayan ağciyər xərçəngində immun sisteminə təsirini araşdırıblar.
Siçanlar üzərində aparılan təcrübələr zamanı məlum olub ki, müntəzəm idman ağciyərlərdəki immun hüceyrələrinin tərkibini dəyişir. Fiziki aktiv heyvanlarda şişlərin böyüməsini zəiflədən CD8+ T hüceyrələrinin sayı artıb, şiş əleyhinə immun reaksiyanı zəiflədən tənzimləyici T hüceyrələrinin sayı isə azalıb.
Nəticədə idman edən siçanlarda şişlərin daha yavaş böyüdüyü müşahidə olunub.
Nəticələr 73 ağciyər xərçəngi xəstəsindən götürülmüş toxuma nümunələrinin araşdırılması ilə də təsdiqlənib. Fiziki cəhətdən aktiv insanlarda şiş əleyhinə immun müdafiəni zəiflədən hüceyrələrin daha az olduğu müəyyən edilib.
Alimlər bildirirlər ki, fiziki fəaliyyət xərçəng müalicəsini əvəz etmir. Lakin müntəzəm idman müalicəyə əlavə olaraq immun sisteminin şişlərlə mübarizəsini dəstəkləyə bilər.
Aytəkin TOFİQQIZI